Azərbaycandan qadınları Türkiyəyə apararaq, insan alverinə məruz qoyan şəxs saxlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, sözügedən şəxs Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Məmmədzadə Yaqut Güloğlan qızıdır.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə onun başqa şəxslərlə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət