a5fcb744-a52f-4a53-b26a-47bf46115502..jpg

Azərbaycanlı qadınları Türkiyəyə aparmaqda ittiham edilən şəxsə bəraət verildi

Baxış sayı: 819 dəfə baxılıb.

Azərbaycanlı qadınları Türkiyəyə aparmaqda ittiham edilən şəxsə bəraət verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Lalə
Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona bəraət verilib. Onun barəsində seçilmiş həbs qətimkan
tədbiri ləğv edilib və Lalə Əsədova dərhal məhkəmə iclası zalından azadlığa
buraxılıb.

İttihama görə, Lalə Əsədova Azərbaycan vətəndaşı olan 2 qadının etibarından
sui-istifadə edərək Türkiyənin Trabzon şəhərinə aparıb, orada cinsi istismara
məruz qoyub. Həmin şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə
Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci
(İnsan alveri) maddələri ilə ittiham irəli sürülüb.

Source link