Azərbaycanlı qadınları xaricə aparan şəxslə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Pəri
Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, P.Abbasova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı
Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İdarədə aparılan
araşdırma zamanı məlum olub ki, P.Abbasova müxtəlif vaxtlarda qadınları
aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara
çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən
alaraq, qanunsuz hərəkətlər törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və
144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasova 8 il 3 ay müddətinə
azadlıqdan məhrum edilib.