Türkiyənin 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı qardaş ölkənin Bakıdakı səfirliyində də qeyd olunub.
Bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.
“TBMM-in yaradılmasının 101-ci ildönümünü təbrik edirəm. 23 aprel Milli Suverenlik və Uşaq Bayramını qardaş ölkənin paytaxtı Bakıda istiqbalımızın və gələcəyimizin təminatçısı uşaqlarımızla qeyd etdik. Suverenlik qeyd-şərtsiz millətindir”, – deyə səfir bildirib.