3be4a6b7-9200-4818-a991-7d901c18d38b.jpg

Azərbaycanlı rəssam ABŞ-də keçirilən sərgidə birinci yeri tutub

Baxış sayı: 28 dəfə baxılıb.

Azərbaycanlı rəssam Vüqar Quliyev ABŞ-də keçirilən sərgidə birinci yerə layiq
görülüb.

Cixisyolu.com xəbər verir ki, Virciniyadakı “Arlington Artist Alliance” qalereyası
Arlinqton, Folls-Çörç, İsgəndəriyyə və Vaşinqtondan olan rəssamları ilk
regional sərgiyə ərizə təqdim etmək üçün dəvət edib.

ABŞ-də yaşayan rəssam Vüqar Quliyev sərgiyə “Absurd night walk” (Absurd gecə
gəzintisi) tablosu ilə qatılıb və birinci yerə layiq görülüb.

24 noyabradək davam edəcək sərgi, rəssamların “Dəyişdirilmiş vəziyyətlər” adlı
sərgisinin interpretasiyasını şərh edir. Sərginin kuratoru Rozmari Feyt Kovidir.

Firəngiz Ağalarova

Source link