3ebbbe12-3f60-4e2f-b587-5eb1dade2767..jpg

Azərbaycanlı referi UEFA-nın top-hakimlər üçün təşkil etdiyi kursa qatılacaq

Baxış sayı: 935 dəfə baxılıb.

Azərbaycanlı referi UEFA-nın top-hakimlər üçün təşkil etdiyi kursa qatılacaq

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın top-hakimlər üçün təşkil
etdiyi XXXI Təkmilləşdirmə Kursuna qatılacaq.

“Report”un məlumatına görə, yanvarın 29-da İtaliyada start götürəcək təlimlər
fevralın 1-dək davam edəcək.

Kursda I kateqoriyada yer alan 27 ədalət təmsilçisi və 11 VAR hakimi öz
biliklərini təkmilləşdirəcəklər.

Rusiyanın FIFA dərəcəli hakimi Sergey Karasyov siyasi məsələlərə, rumıniyalı
İştvan Kovaç və ingiltərəli Antoni Teylor isə klublararası dünya çempionatına
təyinat aldıqlarına görə seminara dəvət olunmayıblar.

Source link