e459f979-eea9-41cb-b034-6e6336950844..jpg

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Baxış sayı: 489 dəfə baxılıb.

Azərbaycanlı rejissorun filmi Kann festivalında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı ekran əsəri 77-ci
Kann Film Festivalında göstəriləcək. Ekran işi festivalın qısametrajlı filmlər
müsabiqəsinin proqramına salınıb.

AZƏRTAC xəbər verir ki, mayın 14-dən 25-dək davam edəcək 77-ci Kann Film
Festivalının qalibləri Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti
tərəfindən müəyyənləşdiriləcək.

Müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada,
Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11
qısametrajlı film seçilib.

Source link