Azərbaycanlı şagirdlər Nyu-Yorkda Olimpiadanın qalibi olub

Azərbaycanlı şagirdlər Nyu-Yorkda Olimpiadanın qalibi olub

Baxış sayı: 2. 514 dəfə baxılıb.

Azərbaycanlı şagirdlər Nyu-Yorkda Olimpiadanın qalibi olub

17-22 iyunda ABŞ-ın Osuiqo şəhərində (Nyu-York ştatı) Nyu-York Dövlət Universitetinin himayədarlığı ilə 9-cu “Dahilər Olimpiadası” (Genius Olympiads) keçirilib.

73 ölkədən 1500 şagirdin qatıldığı olimpiadada təbiət elmləri, biznes, incəsənət, robotexnika və kreativ bacarıqlar üzrə yazılı işlər qəbul olunub.

Olimpiadada Azərbaycanı iki məktəbli – İbrahim Bağırov və Ələsgər Sadiqov təmsil edib. Şagirdlərimiz 420 layihənin təqdim edildiyi “Təbiət elmləri” kateqoriyasında iştirak edib. Azərbaycanlı şagirdlərin Neft-kimya prosesləri İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “EkoDizel – Nano” layihəsi münsiflər tərəfindən maksimum ballar və ilk yerə görə qızıl medal qazanıb.

Azərbaycanlı şagirdlər İbrahim Bağırov və Ələsgər Sadiqov Azərbaycan bayrağını ucaldıblar. Məktəblilərimizə uğurlar arzu edirik!