Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiyanın Novi Sad şəhərində keçirilən “Beynəlxalq Şahmat Ustası” turnirində
azərbaycanlı Əhməd Əhmədzadə, eləcə də Trinidad və Tobaqo Respublikasının
bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar müvafiq olaraq
birinci və ikinci yeri tutublar.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yarışda 10
şahmatçı mübarizə aparıb.
Doqquz raunddan ibarət olan turnirdə Əhməd Əhmədzadə beş qələbə və dörd
heç-heçə, Alan-Səfər isə beş qələbə və üç heç-heçə ilə yadda qalıb.
Hazırda şahmat üzrə beynəlxalq usta (İnternational Master) olan Alan-Səfər
Ramoutar qrossmeyster (Grandmaster) adı almaq uğrunda əzmlə çalışır.
Qeyd edək ki, Alan-Səfərin anası Emiliya Əhmədova yazıçı kimi fəaliyyət
göstərir. O, “Broken Chains” (“Qırılmış zəncirlər”), “A Hell For All Seasons”
(“Bütün mövsümlərdə cəhənnəm”), “My Twin Sister And Me” (“Əkiz bacım və mən”),
“Caribbean Tears” (“Karib göz yaşları”), “Benji And Pals” (“Benci və dostları”)
adlı kitabların müəllifidir.