Azərbaycanlı şair Moskvada öz şeirini təqdim edib – FOTO

Azərbaycanlı şair Moskvada öz şeirini təqdim edib – FOTO

Baxış sayı: 2. 661 dəfə baxılıb.

11 may tarixində Moskva Kitab Evində L.A. Filatov adına 4-cü Ümumrusiya Gənc Şeir Festivalının növbəti turu olan “Filatov-fest-2018” keçirilib.

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, festivalda azərbaycanlı şair İrana Qasımova iştirak edib.

İrana Qasımova təkcə şair deyil, həm də yazıçı, tərcüməçi, ssenarist və ictimai mövzularda bir neçə qısametrajlı filmin rejissorudur.

2013-cü ildə “Qadın şair” adlı şeirlər toplusu nəşr olunub. 2017-ci ildə İrana “Art Tower” qalereyasında “Başlanğıcda söz olub” adlı ikinci şeir toplusunu təqdim edib. Şair uğurla Bakıda, eləcə də, xaricdə öz şeir axşamlarını keçirir.

“Filatov-Fest 2018” festivalının seçmə mərhələlərinin münsiflər heyəti: Moskva Kitabxanasının nümayəndəsi Sergey Kanaev, aktyorlar Anatoli Belıy, Alena Babenko, Mixail Polizeymako, Mixail Dovjenko və başqaları; şairlər Vlad Malenko, Maxim Zamsev, Aleksandr Vülik, Aleksey Tarakanov, Vsevolod Emelin, Aleksey Vitakov, Elena Isaeva, Vadim Stepantsov və b.

Hər ilk keçirilən şair və aktyor Leonid Filatov adına təşkil edilən “Filatov” festivalı 2014-cü ildə Taqanka Teatrından gələn şair, aktyor və rejissor Vlad Malenkodan tərəfindən təşkil edilib.

www.ÇıxışYolu.Com