Azərbaycanlı seçici “Ginnes”ə düşə bilər

Azərbaycanlı seçici “Ginnes”ə düşə bilər

Baxış sayı: 2. 743 dəfə baxılıb.

Çərşənbə günü, bir neçə nüfuzlu dünya KİV Yaponiya vətəndaşı Masadzo Nonakanı (112 yaş 259 gün) dünyanın ən yaşlı kişisi kimi tanınması barədə məqalə yazıb.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, respublika ərazisində 1900-cü il təvəllüdlü kişi yaşayır.

“Ölkə ərazisində ən yaşlı kişi seçici 118 yaşlı Qurbanov Səftər Həsən oğlu – Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək”, – deyə məlumatda bildirilir.

Səftər Qurbanov dünyanın ən yaşlı kişisi kimi tanınan Masadzo Nonakadan yaşlıdır.

“Ginnesin Rekordlar Kitabı”nın ofisindən bildirilib ki, əgər Səftər Qurbanovun nümayəndələri (qohumlarından biri – red.), təşkilatın rəsmi saytında müraciət ərizəsi yerləşdirsə, Kitabın regional əməkdaşları Qurbanova baş çəkəcəklər.

“Hər şey təsdiqlənərsə, Qurbanov yeni dünya rekordçusu ola bilər”.

Əli Məmmədov
www.ÇıxışYolu.Com