Azərbaycanlı tələbə erməni rəqibini darmadağın etdi

Baxış sayı: 2. 030 dəfə baxılıb.

Azərbaycanlı tələbə erməni rəqibini darmadağın etdi

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan II kurs tələbəsi Məhəmmədəli Quliyev Dağıstanın Babayurd rayonunda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirdə iştirak edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunan turnirdə BMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom və qızıl medalla təltif olunub.  

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ermənistan və başqa ölkələrin gənclərinin təmsil olunduğu turnir iki gün davam edib, ümumilikdə beş yarış keçirilib. Erməni rəqibini 10:0 hesabı ilə məğlub edən Məhəmmədəli Quliyev finala vəsiqə qazanıb. Finalda isə rusiyalı rəqibinə 10:8 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, BMU tələbəsi indiyə qədər akrobatika idman növü, o cümlədən, sərbəst güləş üzrə isə müxtəlif yerli və beynəlxalq yarışların qalibi olub. 

İlhamə Əbülfət