Azərbaycanlı tamblinqçi Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB

Baxış sayı: 4. 785 dəfə baxılıb.

Azərbaycanlı tamblinqçi Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB

Azərbaycanlı tamblinqçi Mixail Malkin 74600 xal göstərici ilə ilk sıraya yüksəlib.

ÇıxışYolu.Com xəbər verir ki, o, ikinci səhdini uğurla yerinə yetirib. Bununla da o, Dünya Kubokunun gümüş medalını qazanıb.

Rusiyalı dünya çempionu Vadim Afanasyev 75100 xalla qızıl medala sahib çıxıb. Digər rusiyalı gimnast Maksim Ryabıkov 72000 xalla bürünc medal qazanıb. 

13:28

Bakıda keçirilən tamblinq üzrə Dünya Kubokunun final mərhələsinə start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, ötən il Bakıda keçirilən Avropa çempionatında qalib olmuş Azərbaycan təmsilçisi Mixail Malkin də final mərhələsində çıxış edən idmançılar arasında olub.

Onun ilk cəhdi pis alınmayıb və 38100 xal göstərici ilə yadda qalıb. Mixail Malkin hazırda ikinci yerdədir.

Səbuhi MUSAYEV