Azərbaycanlı teleaparıcı Rusiyada mükafat aldı

Baxış sayı: 3. 761 dəfə baxılıb.

Əslən azərbaycanlı olan rusiyalı telejurnalist Nailə Əsgər-zadə TEFİ mükafatına layiq görülüb. 

ÇıxışYolu.Com xəbər verir ki, həmyerlimizə mükafat “Ən yaxşı müsahibə götürən” nominasiyasında verilib. 

Qeyd edək ki, N. Əsgər-zadə “Rossiya 1” telekanalında yayımlanan “Deystvuyuşiye litsa s Nailey Asker-zade” verilişinin aparıcısıdır. Verilişin formatına əsasən, teleaparıcı ölkənin tanınmış siyasətçiləri və ictimai xadimləri ilə müxtəlif mövzularda müsahibələr edir. 

TEFİ Rusiyada televiziya sahəsində yüksək nailiyyətlərə görə verilən milli mükafatdır.

www.ÇıxışYolu.Com