8ac2b44c-e65f-4cca-a6e9-9b11c9521513..jpg

Azərbaycanlı tibb alimi vəfat edib – FOTO

Baxış sayı: 668 dəfə baxılıb.

Azərbaycanlı tibb alimi vəfat edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın görkəmli tibb alimi, Əməkdar elm xadimi, “Şöhrət” ordenli həkim
Solmaz Hüseyn qızı İsrafilbəyli vəfat edib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Solmaz İsrafilbəyli 1928-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başlayıb və 1955-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun (DHTİ) bazasında mamalıq və ginekologiya
ixtisası üzrə aspiranturaya daxil olub.

1960-cı ildə “Nisbi göstərişlər əsasında aparılan qeysəriyyə kəsiyi əməliyyatı
məsələsinə dair” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

S.İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyib. 1978-ci ildə isə “professor”
elmi adı alıb.

O, DHTİ-nin Mamalıq və ginekologiya kafedrasına 2012-ci ilə qədər rəhbərlik
edib və bundan sonrakı illərdə də elmi-pedaqoji fəaliyyətini davam etdirib.

İndiyə qədər çapdan çıxmış 180-ə yaxın elmi işin, o cümlədən üç monoqrafiyanın
müəllifidir. İndiyə qədər S.İsrafilbəylinin rəhbərliyi altında 13 namizədlik
(tibb üzrə fəlsəfə doktorluğu) və üç doktorluq dissertasiyası işlənilərək
müdafiə edilib.

O, 1974-cü ildə Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri
vəzifəsinə seçilib, 1982-89-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş
mama-ginekoloqu vəzifəsini yerinə yetirib. 1987-ci ildə ona tibb elminin və
səhiyyənin inkişafında rolu nəzərə alınaraq, “Əməkdar elm xadimi” fəxri adı
verilib, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Source link