20714f9e-18bd-4cf1-8d77-741057933820.jpg

Azərbaycanlı veteran cüdoçu 65 yaşında 12-ci dəfə dünya çempionu olub

Baxış sayı: 63 dəfə baxılıb.

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular
arasında dünya çempionu olub.

Cixisyolu.com xəbər verir ki, Fərhad Rəcəbli ABŞ-nin Las-Veqas şəhərində keçirilən
mundialın M8 kateqoriyasında fərqlənib.

F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu
ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.

Source link