Malaziya kralı sultan V Məhəmməd ölkədə federasiya gününün qeyd olunması münasibəti ilə Azərbaycan vətəndaşı Nərgiz Səfərovanı “PMW/ Datuk Panglima Mahkota Wilayah” “cəngavər” titulu ilə təltif edib.
ÇıxışYolu.Com Malaziya KİV-nə istinadən xəbər verir ki, Azərbaycanlı xanım Malaziyada turizmin inkişafına və onun dünyada populyarlaşmasına verdiyi töhfələrə görə bu ada layiq görülüb.
Təntənəli mərasim Kuala-Lumpurun “İstana Neqara” kral sarayında baş tutub.
Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir.