Bir neçə il öncəyə qədər ölkəmizə avtomobillər daha çox Gürcüstan və bir çox
Avropa ölkələrindən gətirilirdi. Lakin hazırda həmin ölkələrin siyahısı və
bazarda vəziyyət tamamilə dəyişib.
Avtomobil satışı üzrə mütəxəssislər bildiriblər ki, indi ölkəmizə satış üçün
avtomobillər daha çox Çin, Cənubi Koreya və Yaponiyadan gətirilir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun
başlıca səbəblərindən biri Azərbaycana idxal edilən avtomobillərlə bağlı tətbiq
edilən məhdudiyyətdir.
Ekspert qeyb edib ki, digər səbəblərdən biri də artıq xarici ölkələrdən
birbaşa avtomobil gətirməyin daha əlverişli olmasıdır. Birbaşa Transxəzər
marşrutu ilə daşınan avtomobillər nisbətən daha ucuz başa gəlir.
Ətraflı “Xəzər xəbər”in süjetində:
dəyişdi?
Azərbaycanlılar Gürcüstan avtomobil bazarını Çinə niyə dəyişdi?