Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?

Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?

Baxış sayı: 2. 465 dəfə baxılıb.

Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?

Əcnəbi ilə ailə həyatı qurmaq müasir reallıqlar üçün kifayət qədər adi haldır. 

Ölkəmizdə “qohumun ilə evlənməlisən”, “o, azərbaycanlı olmalıdır”, “həyat yoldaşın müsəlman olmalıdır” kimi mental fikirlərin olmasına baxmayaraq, əcnəbi ilə ailə həyatı quran insanlar da var. 

Dövlət Statistika Komitəsindən ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq bildiriblər ki,2018-ci ildə Azərbaycanda 62 900 nikah qeydə alınıb.

Onlardan 2360-ı Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanıb. Belə ki, 2018-ci il ərzində azərbaycanlı kişilər özlərinə həyat yoldaşı seçərkən əcnəbi qismində daha çox rus qadınlarına üstünlük veriblər – 628 nikah.

Azərbaycanlı qızlar isə bu il kişilərdən fərqli olaraq, daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Azərbaycanlı kişilər ruslardan sonra Gürcüstan (247) və Ukraynadan (84) olan qızlara üstünlük veriblər. 

Bizim qadınlar isə türk kişilərdən sonra Rusiya (316) və Gürcüstan (205) vətəndaşları ilə nikah bağlayıblar. 

Xatırladaq ki, son illər əcnəbilərlə evlənən həmyerlilərimiz 5-10 faiz təşkil edir. 

2017-ci ildə Azərbaycanda əcnəbilərlə və vətəndaşlığı olmayanlarla 2680 nikah, 149 ayrılıq, 2016-cı ildə 2780 nikah, 211 ayrılıq, 2015-ci ildə isə 1816 nikah və 155 ayrılıq qeydə alınıb.

Ə.Ş.
www.ÇıxışYolu.Com