Azərbaycanlılar Türkiyədə iranlılardan çox ev alıb

Azərbaycanlılar Türkiyədə iranlılardan çox ev alıb

Baxış sayı: 7. 081 dəfə baxılıb.

2017-ci ildə xarici vətəndaşların Türkiyədən daşınmaz əmlak alışı 2016-cı illə müqayisədə 22,2 faiz artaraq 22 min 234 ədəd olub. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qonşu ölkənin “İş Bankı”nın “Sektordakı son yeniliklər” hesabatında qeyd edilib.

Bildirilib ki, əcnəbilər ötən il Türkiyədən mənzil alışına 4,6 milyard dollar ödəyiblər.

Qonşu ölkədən ən çox mənzil alan xaricilər iraqlılar olub. İraq vətəndaşları Türkiyədən 3 805 mənzil alıblar. 

Eləcə də, Səudiyyə Ərəbistanı vətəndaşları 3,345 mənzil, Küveyt vətəndaşları 1 691 mənzil, ruslar 1331 mənzil, əfqanlar isə 1078 mənzil satın alıblar. 

Azərbaycanlılar isə bir ildə Türkiyədə 942 yaşayış evinə sahib olublar. 

Beləliklə, həmyerlilərimiz qonşu ölkədən almanlar, ingilislər və iranlılarla müqayisədə daha çox daşınmaz əmlak alıblar. 

.
www.ÇıxışYolu.Com