Azərbaycanlıları Suriyada döyüşməyə çağıran şəxslər cəzalandırıldı

Azərbaycanlıları Suriyada döyüşməyə çağıran şəxslər cəzalandırıldı

Baxış sayı: 3. 585 dəfə baxılıb.

Azərbaycanlıları Suriyada döyüşməyə çağıran şəxslər cəzalandırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Quliyev 13 il, A.Baxışov və T.Əliverdiyevin hər biri doqquz il müddətinə azadlıqdan məhrum ediliblər. 

İttihama görə, təqsirləndirilən şəxslər Suriya və İraqda qanunsuz birləşmələrin tərkibində döyüşüb, hərbi təlimlər keçiblər. E.Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbaycanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.