76d4f3f9-90e7-483f-912e-c700058d9e12..jpg

Azərbaycanlıların və ermənilərin ziyarət etdiyi məzarda kim dəfn olunub? – VİDEO

Baxış sayı: 1. 557 dəfə baxılıb.

Azərbaycanlıların və ermənilərin ziyarət etdiyi məzarda kim dəfn olunub? –
VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçısı Ermənistanın Azərbaycan
abidələrini dağıtmasını etiraf etdi” adlı veriliş efirə gedib.

Verilişdə tanınan etnoqraf alim, yazıçı, Ermənistan PEN Mərkəzinin qadın
bölməsinin rəhbəri, beynəlxalq təşkilatların milli koordinatoru Lusine Xaratyan
çıxışlarında özünün bədii əsərlərində millətçilik, şovinizm elementlərinin
əmələ gətirdiyi sağalmaz fobiyalardan yaranan xəstəliyin qurbanlarını ustalıqla
təqdim edir.

Xəstə erməni milliyyətçiliyinin əsas daşıyıcılarından olan yazıçı Ermənistanı
distopiya məkanı kimi göstərir, özünün antiutopik görüşləri prizmasında çağdaş
erməni insanının qorxular məngənəsini təsvir edir.

Müəllif ətrafda hər xalqı düşmən kimi görüb ona silah qaldırılan Ermənistanın
böyük dalan olduğunu qabardır.

Bildirilir ki, Qarabağda guya erməni soyqırımı aparıldığını bəyan edib,
petisiyalar yaradan müəllif öz bədii əsərlərində tənqid etdiyi obrazlara
çevrilib, rişxənd etdiyi “Erməni xəstəliyi” diaqnozu onun ictimai fəaliyyətində
açıq görünür.

Rəzil ideyalar məngənəsində olan etnoqraf alim erməni vandalizmini növbəti
dəfə ifşa edir, dini obyektlər və ziyarətgahlardan söz açır, obyektiv araşdırma
iddiası ilə tarixi gerçəyi saxtalaşdırmağa cəhd edir, Qərbi Azərbaycanda olan
oğuz türklərinə məxsus abidələrin taleyindən danışır.

Verilişdə diqqətə çatdırılır ki, erməni millətçiliyi ilə silahlanan L.Xaratyan
Ermənistanın rəsmi dövlət siyasətində azərbaycanlılara məxsus abidələrə qarşı
vandalizm addımları etiraf etməyə bilmir: “Çünki nə qədər çalışsa da ən sadə
gerçəklər və göz ünündə olan faktları danmaq mümkün deyil. Azərbaycanlıların
Qərbi Azərbaycanda olan maddi və qeyri-maddi mədəniyyət nümunələrinin taleyini
bir çox araşdırmalarında ön plana çəkir və ölkəsinin, vətəndaşların, elmi
ictimaiyyətin, din xadimlərinin, hətta adi insanların burada olan
Azərbaycan-Türk izlərini silmək, onu dağıtmaq niyyətini, vandalizmini etiraf
edir”.

Bundan əlavə, erməni yazıçının Ermənistanda azərbaycanlıların qəbir yerlərinin
dağılması, abidələrinə qarşı vandalizmi, indiki Ermənistanda dövlət
səviyyəsində Azərbaycan izlərinin saxtalaşdırılması, Meğridə olan türbələrin
tarixinin saxtalaşdırılması, Zəngəzurda Babəkin və Buğa əl-Kəbirin
sərdabələrinin təhlükədə olması ilə bağlı açıqlamalarına da yer verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link