Azərdən Vüsaləyə: O dünyada əridib yandıracaqlar

Azərdən Vüsaləyə: O dünyada əridib yandıracaqlar

Baxış sayı: 4. 580 dəfə baxılıb.

Dünən keçmiş əri Azər Zahidin onunla şəklini paylaşmasını reklam adlandıran Vüsalə Əlizadəyə aparıcının cavabı gecikməyib.

ÇıxışYolu.Com xəbər verir ki, Zahid yenə də “Instagram”dan paylaşım edərək Vüsaləyə bu sözləri yazıb:

“Dostlar, deməli belə! Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə doludur o şəkildən. Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Nə isə, qısa yazacam. Çoxları yenə fırlatdı keçmiş həyatıma. İndi cavab verim!

Yadınızda qalsın, keçmiş hər zaman keçmişdir. İnsan gərək unutmasın ki, keçmişdə kim və nə olub. Nəticədə isə sonu pis olur. Qısası, mənim üçün önəmli övladımdır. Məni onsuz da hər zaman aqressiv, özündən razı tanımısınız. Bəli, çünki efirdə o cür xarakter sərgiləyirəm. Bu xarakter kişi xarakteridir.

Nəyə görə bunu dedim, çünki lazım olsa, çəkinmədən sözümü üzünə deyib rəzil edərəm həmin insanı, əgər günahı varsa. Yenə də hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Baxmayaraq ki, sarı tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram. Necə varam, eləyəm. İstəyən izləyir, istəyən tənqid edir.

Öpürəm hər kəsi. O dünyada əridib yandıracaqlar. Bu dünyada kef başqadır. Yoza bilərsiniz. Görəsən, niyə insanlar bir-birilərinə qarşı kin bəsləyirlər? Hər şeydə bir gözəllik yox, pislik axtarmağa çalışırlar. Biz öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da, o, bizim alın yazısı kimi yaşadıqlarımızdır. “İt hürər karvan keçər”.

Bir sözlə, Allah hər kəsə ürəyinə görə versin!”

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı qız övladı var. Azər 2016-cı ildə yenidən ailə qurub.

.
www.ÇıxışYolu.Com