d07f8685-8884-4ead-89eb-b7aced3d441a..jpg

“Azəriqaz” limitin sıfırlanması ilə bağlı sualları cavablandıracaq

Baxış sayı: 2. 414 dəfə baxılıb.

“Azəriqaz” limitin sıfırlanması ilə bağlı sualları cavablandıracaq

Sabah, saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat
Birliyinin növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

“Azəriqaz” İB-dən verilən məlumata görə, aksiya qurumun inzibati binasında
olacaq.

Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya “Facebook” sosial
şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Tarif limitinin sıfırlanması və ümumi qaz təchizatı ilə bağlı sizi
maraqlandıran suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım
vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə
dəvətlidir.

Source link