0bae3a71-dde6-462b-8817-74212c19e378..jpg

“Azərişıq” ASC-nin əməkdaşının bəraət hökmü ləğv edildi

Baxış sayı: 683 dəfə baxılıb.

“Azərişıq” ASC-nin əməkdaşının bəraət hökmü ləğv edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Apellyasiya Məhkəməsində “Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin
baş mühəndisi Kamran Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti
üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin bəraət verilməsinə dair Quba Rayon
Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ləğv edilib. Kamran Babayevin
Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib və
cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib.

Qeyd edək ki, 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət
obyektində yanğın qeydə alınıb. Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə
görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib. FHN
istintaqı yekunda bu qərara gəlib ki, “Azərişıq” ASC-nin Quba Elektrik
Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini
lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib. Hadisə ilə bağlı
Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi
başlanılıb. Daha sonra “Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin baş
mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib.

Source link