“Azərişıq” borcu olanlara üç gün vaxt verdi

“Azərişıq” borcu olanlara üç gün vaxt verdi

Baxış sayı: 2. 372 dəfə baxılıb.

“Azərişıq” borcu olanlara üç gün vaxt verdi

“Azərişıq” ASC elektrik enerjisinə görə borcu yaranan abonentlərə xəbərdarlıq edib.

ASC-dən ÇıxışYolu.Com-a verilən məlumata görı, qurumun fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabr 27-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qurumdan qeyd edilib ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com