67d7b61c-c3d2-422b-a120-81a5f070d697..jpg

“Azərişıq” rəsmisi: “Şəhərlərin əksəriyyətində elektrik şəbəkələrindəki ənənəvi dayaqların heç biri olmayacaq”

Baxış sayı: 552 dəfə baxılıb.

“Azərişıq” rəsmisi: “Şəhərlərin əksəriyyətində elektrik şəbəkələrindəki
ənənəvi dayaqların heç biri olmayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkdilli dövlətlərin gənc energetikləri arasında keçirilən “Şəbəkələrin
rəqəmsal transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışının azad
edilmiş ərazilərdə keçirilməsi simvolik məna daşıyır”.

Cixisyolu.com xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri
Vaqif Mustafayev Hadrutda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı
şəbəkələrin rəqəmsal transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı
Yarışında deyib.

O bildirib ki, qardaş ölkələrin energetiklərinin azad edilmiş rayonlara dəvət
edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişıq” ASC
tərəfindən görülmüş işlərin, xüsusən də innovativ həllərə dair müəyyən
yeniliklərin tətbiqi, SCADA sistemi, qapalı yarımstansiya forması və digər
işlərlə tanış etməkdir:

“Şəhərlərin əksəriyyətində elektrik şəbəkələrindəki ənənəvi dayaqların heç
biri olmayacaq. Elektrik şəbəkələri tamamilə yeraltı, xüsusi izolyasiyalı
kabellərlə aparılır. Biz bunu ilk dəfə Şuşada tətbiq etmişik”.

Könül Cəfərli

Source link