Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq
Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin
tənzimlənməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az
məlumat yayıb.
Sərəncama əsasən, “Azərkontrakt” ASC 2024-cü il dekabrın 1-dən ləğv edilir.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin
Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından
satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının
təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti tərəfindən həyata keçiriləcək.