e65e80bd-5612-463b-8a62-e509af3261f6..jpg

Azərpaşa Nemətovun dostu: “Sürücüsü görüb ki, qonaq otağında yıxılıb”

Baxış sayı: 728 dəfə baxılıb.

Azərpaşa Nemətovun dostu: “Sürücüsü görüb ki, qonaq otağında yıxılıb”

Xalq artisti Rafiq Əzimov ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətovun ölümündən danışıb.

Rafiq Əzimov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Evdə tək olub. Özünü pis hiss edəndə Mehman adlı sürücüsünə zəng edib və
vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib və qapını
da açıq qoyub. Sürücüsü deyir, içəri girəndə görüb ki, qonaq otağında yıxılıb.

Ölüm haqdır, amma sənətkarın qəfil, bu cür ölümünü gözləmirdik. Onurğasından
əməliyyat keçirmişdi. O vəziyyətdə teatra gəlib tamaşalar hazırlayırdı. Allah
rəhmət eləsin, ruhu şad olsun”.

Qeyd edək ki, Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Source link