cc3bf2a6-4932-43d2-9a03-1523361f884a..jpg

Azərpaşa Nemətovun vəzifələrini kim icra edir?

Baxış sayı: 764 dəfə baxılıb.

Azərpaşa Nemətovun vəzifələrini kim icra edir?

“Azərbaycan Teatr Xadimləri İttifaqına sədr 2024-cü ildə seçiləcək”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti, Azərbaycan Teatr Xadimləri
İttifaqının sədr müavini Hacı İsmayılov deyib.

O, həmin müddətə kimi ittifaqın sədr vəzifəsini özü idarə edəcəyini bildirib:

“2024-cü ildə konfrans keçirilməlidir. Konfrans 5 ildən bir keçirilir. Həmin
konfransda sədr seçilməlidir. Həmin vaxta kimi bu vəzifəyə seçkinin keçirilməsi
qeyri-mümkündür. Ancaq o vaxta qədər sədri əvəz edən müavini olacaq”.

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqına sədri Xalq artisti
Azərpaşa Nemətov idi. O, bu vəzifəyə 1996-cı ildə seçilmişdi. Azərpaşa Nemətov
aprelin 9-da dünyasını dəyişib.

Source link