dc3ed445-2d15-4bf4-9644-7bf95f6e13b1..jpg

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

Baxış sayı: 885 dəfə baxılıb.

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya
tutmayacaq

“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər
Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) təqdim
etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.

“Azərpoçt” MMC-nin yaydığı məlumata əsasən, zərərçəkənlərə yardım məqsədilə
göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya
tutulmayacaq.

“Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş
günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri
xidmətləri şöbələrinə yaxınlaşa bilərlər. Qardaş Türkiyədə zəlzələdən xəsarət
alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik”, – deyə məlumatda
bildirilir.

Source link