e78c7acd-79ca-43a2-8b22-8f25abfbf693..jpg

“Azərreyl” klubu dörd voleybolçu ilə müqaviləni yenilədi

Baxış sayı: 676 dəfə baxılıb.

“Azərreyl” klubu dörd voleybolçu ilə müqaviləni yenilədi

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni mövsüm üçün heyətini
gücləndirməyə davam edir.

Klubdan verilən məlumata görə, ölkəmizi Çağırış Kubokunda təmsil edəcək
komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət
yekunlaşdırıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu
Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu
Xanım Cəlilova ilə müqavilə yenilənib. Razılığa əsasən, onlar daha bir il
“Azərreyl”in uğurları üçün çalışacaqlar.

Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”in
formasını geyinəcək. Gənclər komandasından cəlb olunan 15 yaşlı hücumçu ilə
rəsmi müqavilə imzalanıb.

Source link