a3e89606-b96a-4288-9940-7e695cf5e479..jpg

“Azərreyl”in hücumçusu: “Çempionluğa qədər gedəcəyimizə əminəm”

Baxış sayı: 626 dəfə baxılıb.

“Azərreyl”in hücumçusu: “Çempionluğa qədər gedəcəyimizə əminəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”.

“Report” xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Azərreyl”
klubunun üzvü Dəmir Fatma İklimya Çelenc Kubokunun 1/32 final mərhələsində
Ukrayna təmsilçisi “Balta” üzərində 3:0 hesablı qələbədən sonra deyib.

19 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında kollektivdə uyğunlaşma
prosesinin başa çatdığını bildirib:

“Ardıcıl iki gün 3:0 hesablı qələbə qazandıq. Komandamla fəxr edirəm.
Bir-birimizi çox yaxşı başa düşürük”.

“Azərreyl”in kapitanı Aynur İmanova isə uğurlu çıxışda azarkeşlərin rolunun
böyük olduğunu söyləyib:

“Hər iki qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra bizi daha
çətin oyunlar gözləyir. Həmin matçlara yaxşı hazırlaşmaq, uğurlu nəticələri
davam etdirmək üçün əlimizdən gələni edəcəyik. İki gündür azarkeşlərdən
aldığımız dəstək bizi qürurlandırdı. Onları görəndə daha yaxşı oyun ortaya
qoyuruq. Düzdür, səfər görüşlərində belə atmosfer olmayacaq. Ancaq yenə də
bütün gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, “Azərreyl” Çelenc Kubokunun 1/16 finalında İspaniyanın “Avarka
de Menorka” klubu ilə qarşılaşacaq.

Source link