Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.İmranlı 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, “Azərsu”nun sabiq əməkdaşı olmuş E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.
Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Etibar Məmmədov