aebdff9e-57cd-4724-bd16-02b4f6a15616..jpg

“Azərxalça” ASC Füzuli Şəhər Günündə əsl Qarabağ xalçasını təqdim etdi – FOTO

Baxış sayı: 714 dəfə baxılıb.

“Azərxalça” ASC Füzuli Şəhər Günündə əsl Qarabağ xalçasını təqdim etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli şəhərində ilk dəfə Şəhər Günü qeyd edilib. Şəhər Günü bayram
tədbirlərində Füzuli sakinləri, millət vəkilləri, xarici ölkələrin
diplomatları, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri
iştirak edib, ölkəmizin tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə
hər kəsi sevindirib.

Cixisyolu.com xəbər verir ki, oktyabr ayının 17-si Füzuli şəhərində baş tutan
möhtəşəm hadisənin bir parçası da “Azərxalça” ASC olub. “Azərxalça” ASC də
tədbirdə geniş proqramla çıxış edib.

Proqrama müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunan 100×100 ölçüsündəki, yalnız 100 nüsxədə toxunmuş
“Azərxalça” ASC-nin “Can Azərbaycan” MMC ilə birgə layihəsi olan “Heydər
Əliyev-100” xalça kolleksiyasından nadir xalça, şanlı tariximiz 44 günlük Vətən
müharibəsinə həsr olunmuş “44” xalça kolleksiyası və əsasən Füzuli rayonunda
toxunan əsl Qarabağ xalçası “Horadiz” və ya “Buynuz” xalçasının virtual şəkildə
toxunması, dəyişməsi və emal olunma prosesinin təqdim edilməsi daxildir.

Məlumat üçün bildirək ki, “Horadiz” və ya “Buynuz” adlanan xovlu xalça ilk
dəfə toxunduğu məkanın adı ilə (Horadiz qəsəbəsi, Füzuli rayonu, Qarabağ)
adlandırılsa da, sonradan kompozisiyasının naxış elementinin xarakterik
cəhətlərini nəzərə alaraq “Buynuz” adını alıb. Belə xalçalar sonradan Füzuli
rayonunun müxtəlif yaşayış məntəqələrində toxunub. Qədimdən Mərkəzi Asiya,
Yaxın Şərq, o cümlədən Azərbaycanda buynuzlu heyvanlar müqəddəs sayılırdı. Bu
da xalq arasında “güc”, “qoçaqlıq” və “ərənlik”, eyni zamanda səmavi məna
daşıyırdı. Qədim Türk xalqlarının əksəriyyətində, o cümlədən Azərbaycanda davar
və iribuynuzlu heyvanlar var-dövlət rəmzi kimi qəbul olunub. Buğalar, qoçlar
Türk xalqlarının məişətində və mədəniyyətində iz buraxmış, eyni zamanda
xalçalarımızda da stilizə olunmuş naxışlara çevrilib.

Geniş təqdimatda “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədov və
onun başçılıq etdiyi yaradıcı qrup tədbir iştirakçılarına milli-mənəvi
sərvətimizin əmin əllərdə olduğunu, qorunaraq, qədim köklərə dayanaraq inkişaf
etdiyini, gələcək nəsillərə ötürülməsi üçün üzərində çalışdığını nümayiş
etdirib.

Qeyd edək ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan
silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 2020-ci il
oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyev
xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad
olunduğunu elan edib.

Bir ay sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev, Birinci
vitse-prezidentMehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olub,
Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli
bayrağımızı qaldırıb. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından
təmizlənməsindən üç il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də
imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü
təntənəli şəkildə qeyd ediləcək.

Source link