“Azərxalça” ASC-yə iki milyon manat ayrılıb

“Azərxalça” ASC-yə iki milyon manat ayrılıb

Baxış sayı: 3. 080 dəfə baxılıb.

Prezident İlham Əliyev Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, sərəncama əsasən, Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

www.ÇıxışYolu.Com