Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi yekunlaşıb.
Cixisyolu.com-ın xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK)
bugünkü iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Sədr qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində qanunauyğun
keçirilməsi üçün şərait yaradılıb.
Xatırladaq ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident
seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi
yaradılıb.
Aysel Aslan