Azad edilmiş ərazilərə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş
ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş
məhdudiyyəti aradan qaldırılıb. 27 oktyabr 2023-cü il tarixindən etibarən 18
yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə
onlayn qaydada bilet almaq mümkün olacaq.
AYNA-dan verilən məlumata görə, vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq
edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız
şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.
Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları
2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 627 reys
həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.