c16fd481-24f8-4f49-8d9b-8f75a4421a5b..jpg

Azad edilmiş ərazilərdə daha 41 mina aşkarlanıb – FOTO

Baxış sayı: 799 dəfə baxılıb.

Azad edilmiş ərazilərdə daha 41 mina aşkarlanıb – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad
edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 10-dan 15-dək Tərtər, Ağdam, Laçın,
Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə
əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 23 mina və 132
partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 512 hektar ərazi mina və partlamamış hərbi sursatlardan
təmizlənib.

Source link