03b188cf-29b3-4f68-8cda-4928c6725a15..jpg

Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb – FOTO

Baxış sayı: 836 dəfə baxılıb.

Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad
edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat
açıqlayıb.

ANAMA-dan bildirilib ki, martın 3-dən 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli,
Laçın, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 11 piyada əleyhinə mina, 37 tank
əleyhinə mina və 328 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 754 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Source link