de676668-42ac-4505-98de-5fc014c38c23..jpg

Azad edilmiş ərazilərdə neçə nəfər işlə təmin edilib?

Baxış sayı: 637 dəfə baxılıb.

Azad edilmiş ərazilərdə neçə nəfər işlə təmin edilib?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin
mərhələdə köçürülməsi nəzərdə tutulan 129 min 300 nəfər şəxsin adlı siyahısı
üzrə təhlil aparılıb və məlum olub ki, 94,4 min nəfər – 73 faiz əmək
qabiliyyətli şəxsin 19,2 faizi peşəsi olanlar, 76,3 min nəfəri isə
ixtisassızdır.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli
yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, köç etmiş 4 691 nəfərdən əmək qabiliyyətli olanlar 3 116 nəfər,
iqtisadi fəal olanlar 1 934 nəfər, 0-14 yaşda olanlar 1 123 nəfər, 65 yaşdan
yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı
isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1 138 nəfərdir ki, bu da əmək
qabiliyyətlilərin 36,5 faizidir.

M.Abbasbəyli qeyd edib ki, proqram çərçivəsində işğaldan azad edilmiş
ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb və
peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.

Source link