Azad edilmiş ərazilərin dirçəldilməsinə nə qədər vəsait xərclənib?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İşğaldan azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə 2023-cü ildə
5,6 milyard manat vəsait sərf edilib. Postmüharibə dövründə isə bu rəqəm 12
milyard manatdan çox olub”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin
martın 15-də keçirilən iclasında deyib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin Milli Məclisdə
hesabat verməsi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində önəmli rol
oynayır.