Azad edilmiş keşiş Trampla görüşəcək

Baxış sayı: 3. 319 dəfə baxılıb.

Azad edilmiş keşiş Trampla görüşəcək

Keşiş Edryu Branson oktyabrın 13-də ABŞ prezidenti Donald Trampla görüşəcək. 

ÇıxışYolu.Com Vesti.ru-ya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bildirib ki, keşiş yaxşı vəziyyətdədir və tam yoxlanılması üçün Almaniyadadır. 

O, Almaniyaya xüsusi reyslə gətirilib, daha sonra isə buradan Vaşinqtona gedəcək. 

Xatırladaq ki, Bransonun həbsi ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirmişdi. Keşiş 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə saxlanılmışdı. Buna cavab olaraq, ABŞ hökuməti türkiyəli nazirlər Əbdülhəmid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdi. 

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.