bf9b8c06-8a8c-4442-b9c7-8c4fcd3862fb..jpg

Azad edilmiş rayonlarda bu il yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb – SİYAHI

Baxış sayı: 521 dəfə baxılıb.

Azad edilmiş rayonlarda bu il yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı
açıqlanıb – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda
101 yeni müəssisə və təşkilat, 1 783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq
dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 42,3%, fərdi
sahibkarlıq subyektlərinin sayı 5,6% artıb. Belə ki, 2022-ci ilin
yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və
təşkilat, 188 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (22) və fərdi sahibkarlıq
subyekti (695) Ağdamda yaradılıb.

Aşağıdakı cədvəldə cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş
rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq
subyektlərinin siyahısı verilib.

Azad edilmiş Rayonlar Müəssisə və təşkilatlar Fərdi sahibkarlar
Ağdam 22 695
Füzuli 11 462
Laçın 14 154
Qubadlı 10 142
Cəbrayıl 15 109
Zəngilan 11 77
Kəlbəcər 9 58
Xocavənd 3 37
Şuşa 6 35
Xocalı – 14
Source link