75bf6de1-93e0-4887-a6c2-526ebcff5b83..jpg

Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib – FOTO

Baxış sayı: 692 dəfə baxılıb.

Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə
təşkil edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki
yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək
səviyyədə təşkil olunur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən
yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir,
şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu
aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir.

Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən
kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata
keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular
tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə
yetirilməsinə nəzarət edilir.

Source link