Azad olunmuş ərazilərdə təmir-tikinti zamanı aşkarlanan meyit qalıqlarının
sayı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İşğaldan azad edilmiş ərazilərdə təmir-tikinti zamanı tək-tək tapılan insan
qalıqlarının sayı açıqlanıb.
Cixisyolu.com-ın məlumatına görə, bununla bağlı Hərbi Prokurorluğun Xüsusi istintaq
şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair
keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, 2022-ci ildə 32 nəfərin meyitinin qalığı tapılıb:
“2023-cü ildə 60 nəfər, 2024-cü ildə isə bu rəqəm dörd olub”.
O əlavə edib ki, insan sümükləri əsasən Şuşa, Kəlbəcər, Ağdam, Laçın
ərazilərində tapılıb.
İlhamə Əbülfət