Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Litvanın Druskininkay şəhərinin meri Riçardas Malinauskası qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, görüş zamanı hər iki ölkənin idman infrastrukturu, idman qurğularının fəaliyyəti və əhalinin idman arenalarına cəlb olunmasında yeni mexanizmlərin işlənilməsi müzakirə olunub.
Görüşün sonunda şəhərin idman infrastrukturunun inkişafı istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması ətrafında danışılıb.