Azad Rəhimov: Olimpiya Festivalına baxmaq pulsuz olacaq

Baxış sayı: 2. 860 dəfə baxılıb.

Medallar Bakı Suvenir Fabrikində (“Azərsuvenir” MMC) hazırlanıb. Çox gözəl dizaynla, zövqlə hazırlanıb. Bu, həmin fabrikin ilk işi deyil. IV İslam Həmrəyliyi Oyunlarında da medalı onlara hazırlamağı həvalə etmişdik.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

İyulun 21-27-si tarixlərində Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bu yarışla bağlı suallara aydınlıq gətirib:

“Biletlərin çapı və satışı iticket.az vasitəsilə həyata keçiriləcək. Yalnız açılış və bağlanış mərasiminə 5-10 manat məbləğində bilet satılacaq. Ancaq oyunlar zamanı arenalara giriş pulsuz olacaq və biletlər paylanacaq. Biletlər iyunun 10-dan etibarən hazır olacaq”.

Daha sonra bu yarışın qalibi 14-18 yaşlı qaliblərin dövlət səviyyəsində mükafatlandırılması ilə bağlı A.Rəhimov bunu bildirib:

“Onların dövlət səviyyəsində mükafatlandırılması müzakirə edilməyib. Amma hər yarışdan qabaq ölkə prezidentinin sərəncamı olur. Bundan sonra bu haqda dəqiq söz demək olar. İstənilən halda, ilin sonunda Milli Olimpiya Komitəsində qaliblər xüsusi mükafatlandırılacaq”. 

Qeyd edək ki, bu yarışla bağlı Avropadan yalnız Ermənistan və Lixtenşteynin idmançı heyəti Bakıya gəlməyəcək.

Azad Rəhimov: Olimpiya Festivalına baxmaq pulsuz olacaq

Səbuhi MUSAYEV