Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşü olub

Baxış sayı: 2. 387 dəfə baxılıb.

Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşü olub

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.  

ÇıxışYolu.Com xəbər verir ki, qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar “Gənclər ev”lərinin, Olimpiya İdman Komplekslərinin, bir sıra idman qurğularının tikintisi və təmiri, eləcə də idman arenalarına avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər.

Eyni zamanda, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.