Azadlıqda - FOTOREPORTAJ

Azadlıqda – FOTOREPORTAJ

Baxış sayı: 2. 690 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə  məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə,  607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, doqquz məhkum şərti azadlıqdan məhrumetmə, altı məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib. Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

ÇıxışYolu.Com-ın fotoqrafı Sadiq Fərzəlibəy 10 və 16 saylı cəzaçəkmə müəssisələrində məhkumların əfv olunması prosesini müşahidə edib.

www.ÇıxışYolu.Com